ÖLKƏDƏ AVTOBUS SÜRÜCÜSÜ TAPILMIR… EKSPERT SƏBƏBİNİ AÇIQLADI

ÖLKƏDƏ AVTOBUS SÜRÜCÜSÜ TAPILMIR… EKSPERT SƏBƏBİNİ AÇIQLADI

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycanda avtobus sürücülərinin xeyli hissəsi Polşaya üz tutur. Bu proses 3 ildir davam edir. Yüzlərlə sürücü ölkədən gedib. Yüksək maaş onları cəlb edir və ölkədən kütləvi şəkildə gedirlər. Azərbaycanda aldıqları maaşın təxminən 4 qat artığını alırlar (800 manata qarşı 3000 manatdan çox). Odur ki, hazırda ölkədə avtobus sürücüsü tapmaq çox çətindir.

Tribunainfo.az xəbər verir ki, bu barədə danışan yol-nəqliyyat eksperti Elməddin Muradlının sözlərinə görə, bir şirkət sürücünü işdən qovan kimi digər şirkət onu işə götürür. Çünki sürücü tapılmır:

“Peşəkar avtobus sürücüsü yetişdirmək üçün AYNA tərəfindən elan verildi ki, 1000 sürücü hazırlansın, yetişdirilsin və peşəkar xidmət göstərsinlər. Həmin elana cəmi 10 nəfər müraciət edib.
Hökumət bu istiqamətdə ciddi layihə ortaya qoymalıdır. Əks halda qeyri-peşəkar sürücüsü avtobusların sükanı arxasına keçəcək və biz inkişaf etmək əvəzinə yenə də geri gedəcəyik – hər gün davalar, qəzalar, yolda yarışmalar və sair”.