Elm və təhsil naziri Emin Əmrullayev çıxışında deyib ki, Azərbaycanda 25 yaşdan yuxarı adamların təxminən 60 faizi oxuduğunu başa düşmür, yəni əsas məqsədini anlamır. 2021-ci ildə ölkə əhalinin sayı 10,2 milyon nəfər olub. Bunların 6,6 milyon nəfərinin yaşı 25 və yuxarıdır. Onların da 60%-i təxminən 4 milyon nəfər edir. Nazirin sözlərinə inansaq, ölkədə 4 milyon insan oxuduğunu başa düşmür.
Tribunainfo.az yazır ki, bu sözləri iqtisadçı Samir Əliyev nazir Emin Əmrullayevin çıxışına cavab olaraq deyib. İqtisadçı bildirib ki, nazir bu fikrə haradan gəldiyi maraqlıdır:
“Əminəm ki, bu istiqamətdə araşdırma olmayıb. Belə olan halda nazir niyə məsuliyyətsiz fikir bildirir. Oxuduğunu anlamamaq savadsızlığın bir elementidir. Ölkədə savadlılığın 100%-ə yaxın olduğu deyilir. Belə çıxır ki, nazir rəsmi rəqəmləri və açıqlamaları yalan çıxarır.
Mən düşünürəm ki, nazir özü də nə danışdığını anlamır”.