Dünyada gedən proseslər bir başa qiymət artımına təsir edir. İstehsalçı ölkələrdə müharibə şəraiti olduğu üçün tələb təklifə bağlı qiymət artımı yaşanır. Ölkədə qiymət artımına təsir edən digər faktor inflyasiyanın sürətli artımıdır.
Bu sözləri Tribunainfo.az-a iqtisadçı Günay Hüseynova bahalaşma yaradan səbəblər barədə danışarkən deyib. İqtisadçı qeyd edib ki, süni qiymət artımına təsir dən böyük holdinqlər var:
“Ancaq onlar əksər məhsullarda yüzdə yüz istehsalçı deyil. Bu gün ölkədə bütün şirkətlər ancaq öz mənfəətini düşünür. Bu cür holdinqlərin sünu qiymət artımının nəticəsində istehlakçının hətta yeli məhsulu almağa belə pulu çatmır.
Ümumi götürsək, balansın pozulma səbəbi gəlirlərin qiymətlər qarşısında “əriməsidir”. Azad bazar iqtisadiyyatıdır, sahibkara deyilə bilməz ki bu məhsul niyə bu qiymətə satırsan?
Düşünürəm ki, öncə gəlirlər artırılmalı, daha sonra süni qiymət artımına bağlı olaraq bazara nəzarət edilməlidir”.