deyilir.
Qeyd edək ki, İlham Rəcəbovun Bakıda aldığı yeni obyekt narazılıqlara səbəb olub. Belə ki, Yasamal rayonu, Hüseyn Cavid pr, 520 kvartal, ev 19, mən 30 ünvanında İlham Rəcəbovun qızı Turan Rəcəbovanın adına aldığı mağaza qonşuları narahat etməyə başlayıb. Belə ki, polis polkovniki yeni obyektinin genişləndirilməsi üçün sözügedən ünvanda qızının adına daha bir mənzil də alıb və həmin mənzillə yeni obyekti arasındakı divarı sökdürüb.
Rəcəbova Turan İlham qızının adına olan hər iki obyektin sənədlərini təqdim edirik:
https://www.aztoday.az/wp-content/uploads/2019/02/3-225×300.jpg 225w” sizes=”(max-width: 768px) 100vw, 768px” style=”padding: 0px; margin: 5px auto; outline: none; list-style: none; border-width: 0px; box-sizing: border-box; max-width: 100%; height: auto; vertical-align: middle; clear: both; display: block;” />
https://www.aztoday.az/wp-content/uploads/2019/02/4-225×300.jpg 225w” sizes=”(max-width: 768px) 100vw, 768px” style=”padding: 0px; margin: 5px auto; outline: none; list-style: none; border-width: 0px; box-sizing: border-box; max-width: 100%; height: auto; vertical-align: middle; clear: both; display: block;” />
Ötən yazımızda qeyd etdiyimiz kimi, “Ağ Ciçəyim” gul mağazasının fəaliyət göstərdiyi arxitekturalı binanın istinad divarının sökülməsi həmin binada yaşayan sakinlərin həyatı üçün təhlükə yaradıb.
Sakinlərin Baş Prokurorluq, Fövqəladə Hallar Nazirliyi, Bakı Şəhər İcra Hakimiyyəti və başqa müvafiq qurumlara etdiyi şikayətlərə baxmayaraq, İlham Rəcəbov arxitekturalı binada təmir işləri aparmaqda davam edir. İcra hakimiyyəti və Fövqəladə Hallar Nazirliyi isə sakinlərin şikayəti ilə bağlı heç bir tədbir görməyib və sökülmüş istinad divarı hələ də bərpa olunmayıb. Hələ də yüzlərlə ailənin yaşadığı tarixi binanın istinad divarının sökülməsinin sakinlərin həyatı üçün təhlükə yaratdığının fərqində deyillər.
Görünür, İlham Rəcəbov və qaynatası Əhməd Əhmədzadə müvafiq qurumları özünəməxsus yollarla razı sala bildiyindən onıarın bu qanunsuzluqlarına hələlik “dur” deyən yoxdur…
Qeyd edək ki, istifadəyə verilmiş bina və qurğularin yükdaşıyan inşaat konstruksiyalarınını müvafiq qurumların icazəsi olmadan sökülməsi birbaşa cinayət işinin başlanması üçün əsas verir.
Polis polkovnikinin sakinlərin həyatı üçün yaratdığı təhlükə ilə bağlı rəsmi qurumlardan münasibət öyrənməyə çalışacağıq.