Nərimanov rayonu, Əhməd Rəcəbli küçəsində yerləşən “Oliqarx Baku” adlı restoranda dava düşüb.
Qaynarinfo-nun məlumatına görə, 1989-cu ildə Bakı şəhərində anadan olmuş, ali təhsilli B.V. adlı şəxs hadisəyə görə saxlanılıb.
Belə ki, B.V. restoranda yeyib-içdikdən sonra bir nəfərlə mübahisə edib. Onların mübahisəsi davaya çevirilib. Dava restoranın həyətində də davam edib.
B.V. saxlanılaraq barəsində İnzibati Xətalar Məcəlləsinin 535.1 maddəsi ilə protokol tərtib edilib və iş məhkəməyə göndərilib.
Məhkəmədə təqsirləndirilən şəxs qeyd olunan restoranda spirtli içki qəbul etdiyindən sərxoş vəziyyətdə olduğu üçün öz hərəkətlərini dərk etmədiyini, əməlindən peşman olduğunu deyib.
Məhkəmənin qərarı ilə təqsirləndirilən şəxs 200 manat məbləğində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq olunub.