“Olimpiya” ilə oyunda ciddi olmalıyıq – Qurban Qurbanov

“Olimpiya” ilə oyunda ciddi olmalıyıq – Qurban Qurbanov

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Qrup mərhələsindən əvvəl son oyunumuzdur. İlk matçda qələbə qazansaq da, sabah ciddi olmalıyıq”.

Tribunainfo.az xəbər verir ki, bunu “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Bakıda Sloveniyanın “Olimpiya” komandasına qarşı keçirəcəkləri UEFA Avropa Liqasının pley-off mərhələsinin cavab görüşündən əvvəl mətbuat konfransında deyib.

51 yaşlı mütəxəssis rəqibin öz oyun üslubunun olduğunu bildirib: “Onların çempionat matçına da baxdıq. Məğlub olsalar da, daha çox şansları oldu və bundan yararlana bilmədilər. Biz isə sərfəli nəticə üçün çalışmalıyıq. Futbolçulara inanıram”.

Qurbanov Sloveniya klubunun risk edəcəyini vurğulayıb: “Hesab bizi aldatmamalıdır. Onlar sabah heç nədən çəkinməyəcəklər. Biz daha fəal və aqressiv olmalıyıq. “Olimpiya”nın istənilən rəqibə qalib gəlmək üçün potensialı var. Futbolçular rəqibin oyununu yaxşı bilirlər. Burada daha diqqətli davranmalıyıq”.

Təcrübəli baş məşqçi zədəli Patrik Andradenin təxminən iki həftədən sonra sıraya dönəcəyini söyləyib: “Bədavi Hüseynov komandaya bəlkə də bir az gec qoşuldu. Zədələri yüngül deyil”.

Mütəxəssis transfer çalışmalarında fəal olduqlarını və futbolçuları nəzərdən keçirdiklərini diqqətə çatdırıb: “Son günə qədər işimizin başında olacağıq və heyətə yeni futbolçu cəlb etməyə çalışacağıq”.

Qurbanov qarşılaşma üçün start “11-liy”in hələlik müəyyənləşmədiyini sözlərinə əlavə edib.

Qeyd edək ki, avqustun 31-də oynanılacaq “Qarabağ” – “Olimpiya” görüşü saat 20:00-da başlayacaq. İlk matçda Ağdam təmsilçisi qələbə qazanıb – 2:0.