“Olimp Hospital” cərimələndi

“Olimp Hospital” cərimələndi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Olimp Hospital” haqqında protokol tərtib edilib.

Tribunainfo.az-ın əldə etdiyi məlumata görə, hospital İnzibati Xətalar Məcəlləsinin əhalinin sanitariya-gigiyena və saniyariya-epidemioloji sağlamlığı qaydalarını pozub.

Tələbi pozulan 215.1-ci maddəyə əsasən tibb fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən dövlət tibb müəssisələrinin nizamnamələrində və ya özəl tibb fəaliyyəti sahəsində onlara verilmiş lisenziyada göstərilən işlərdən və xidmətlərdən kənar tibb fəaliyyətinin həyata keçirilməsinə görə, fiziki şəxslər üç yüz manatdan beş yüz manatadək məbləğdə, vəzifəli şəxslər səkkiz yüz manatdan min manatadək məbləğdə, hüquqi şəxslər altı min manatdan səkkiz min manatadək məbləğdə cərimə edilir.

“Olimp Hospital”ın işinə 5 mart tarixində Yasamal Rayon Məhkəməsində hakim Murad Məmmədovun sədrliyi ilə baxılacaq.

Qarşı tərəfin mövqeyini də işıqlandırmağa hazırıq.

Nigar