backend

Ölənlərin adları açıqlandı – Mələyin 17 yaşı olub… + Fotolar

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Xırdalan şəhərində dəhşətli hadisə baş verib. 

Xırdalan şəhərində dəhşətli hadisə baş verib.


TİA.AZ  xəbər verir ki, hadisə Xırdalan şəhəri, 28-ci məhəllə, bina 6 ünvanında qeydə alınıb.

Həmin ünvanda kirayədə yaşayan 5 qız dəm qazından zəhərlənərək ölüb. Onların hamısının tələbə olduğu bildirilir.

Hadisə yerinə polis və prokurorluq əməkdaşları gəlib.

 

***

“Qafqazinfo”nun hadisə yerində olan əməkdaşının verdiyi məlumata görə, ölənlərdən ikisi Bakı Humanitar Kollecinin tələbəsidir.

Mələk Abbasova və Turanə Xanlayeva adlı qızlar 2ci kursda təhsil alırmışlar. Mələyin 17 yaşı olub. Digər ölənlərin isə tələbələrin qohumları olduğu deyilir. 

***

Bakı Dövlət İqtisadiyyat və Humanitar Kollecin direktoru Ruxsarə Əliyeva jurnalistlərə açıqlamasında bildirib ki, ölən tələbələr günorta növbəsində oxuyublar.

***

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, tələbələrdən başqa ölən hər 3 şəxs Balakən rayonundan olan Turanə Xanıyevanın qohumları olub. Belə ki, Turanənin xalası onkoloji xəstə olub və Bakıya qızı ilə birgə müalicəyə gəlibmiş. Beləliklə, ölənlərdən ikisi məhz Turanə Xanlayeva xalası və xalası qızıdır, digər şəxsin kimliyi hələ ki, açıqlanmır.

***

Ölən digər şəxslərin adları: 1974-cü il təvəllüdlü Nübar Fazil qızı Musayeva, 1999-cu il təvəllüdlü Xanlayeva Lamiyə Vahid qızı, 1993-cü il təvəllüdlü Musayeva Aytən Elçin qızı.

Turanə və Lamiyə Xanlayevalar bacıdırlar.