Həyat yoldaşı tərəfindən qətlə yetirilən müğənni Yaqut Həşimovanın ölümü, onun başının kəsilməsi ilə bağlı deyilənlərə mərhumun bacısı və anası etiraz edib.
Tribunainfo.az xəbər verir ki, mərhumun bacısı “Bizimləsən” verilişinə bildirib ki, bacısı ilə yoldaşı elə uzun müddətdir yola getmirlər. Dəfələrlə mübahisələri olub və o mübahisələrdən biri də ölümlə nəticələnib.
Mərhumun bacısı bildirib ki, müğənninin başı kəsilməyib. O, bıçaqlanaraq böldürülüb. Bıçaq zərbəsi Y.Həşimovanın alın, qol və qarının yan hissəsindən dəyib. Ölümə səbəb isə mərhumun çox qan itirməsi olub.
Müğənnini öldürən həyat yoldaşı həm də onu xalası oğlu olub. Qətl qısqanclıq üstündə törədilib. Y.Həşomovanı öldürən həyat yoldaşı Anar Həşimov daha sonra polisə gedərək könüllü təslim olub.
Xatırladaq ki, Y.Həşimova “Azəristar” yarışmasının iştirakçısı olub və şou-biznesdə Yaqut Nəriman kimi tanınıb.