ÖLDÜRÜLƏN CƏRRAHIN BOŞANMASINA ANASI NİYƏ MANE OLUB? – TƏFSİLATbackend

ÖLDÜRÜLƏN CƏRRAHIN BOŞANMASINA ANASI NİYƏ MANE OLUB? – TƏFSİLAT

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Həyat yoldaşı tərəfindən qətlə yetirilən plastik cərrah Türkan Gündüzün ölümündə anasının günahı olduğu haqda iddialar səslənir. Tribunainfo.az xəbər verir ki, cərrah bir müddət həyat yoldaşından ayrılmaq qərarı verib. Onun belə qərar verməsinə səbəb isə T.Gündüzün həyat yoldaşı Türkiyə vətəndaşı Məhəmməd Gündüzün evdə çalışan xanım köməkçi ilə yaxınlıq etməsi olub.
Bundan sonra boşanmaq qərarı verən qadını anası fikrindən daşındırmağa çalışıb. Şairə Nazilə Səfərli bununla bildirib ki, Türkan Gündüzün boşanmasına anası mane olub. O qeyd edib ki, qızını məcburi evləndirib, indi də boşanmaması üçün məcbur edib.
İki qızı olan plastik cərrahın boşanma qərarını həyat yoldaşı qəbul etməyib. Aralarında yaranmış mübahisə isə qadının öldürülməsi ilə nəticələnib.
Xatırladaq ki, faktla bağlı Abşeron rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. Məhəmməd Gündüz şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.