Olaf Şolts bu gün Putinə zəng edəcək – 2 il sonra

Olaf Şolts bu gün Putinə zəng edəcək – 2 il sonra

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Almaniya kansleri Olaf Şolts bu gün Rusiya prezidenti Vladimir Putinlə telefon danışığı etməyi planlaşdırır.
Tribunainfo.az xəbər verir ki, bu barədə “Bloomberg” mənbəyə istinadən yazıb.
Materialda dövlət başçıları arasında söhbətin mövzusu açıqlanmır. Qeyd olunur ki, söhbət Donald Trampın ABŞ-ın növbəti prezidenti seçilməsi fonunda Qərb ölkələrinin Ukraynaya dəstəyi ilə bağlı qeyri-müəyyənlik fonunda baş tutacaq.
Tramp Vaşinqtonun Kiyevi dəstəkləmək üçün xərclərinin miqyasını tənqid edib və andiçmə mərasimindən əvvəl Ukraynadakı münaqişəyə son qoyacağına söz verib. Daha sonra onun seçki kampaniyasının sözçüsü Karoline Leavitt bildirib ki, respublikaçı vəzifəyə gəldikdən sonra Rusiya və Ukrayna arasında danışıqları təşkil etmək niyyətindədir.
Vladimir Putin və Olaf Şolts sonuncu dəfə 2022-ci ilin dekabrında telefonla danışıblar. Noyabrın 11-də Almaniya kansleri bildirib ki, tezliklə Rusiya prezidenti ilə telefon danışığı vaxtı gələcək. Prezidentin mətbuat katibi Dmitri Peskov da öz növbəsində qeyd edib ki, Putin bütün təmaslara və danışıqlara açıqdır.