Oktyabrın 31-i gündüz saatlarında gözlənilən hava şəraiti açıqlanıb

Oktyabrın 31-i gündüz saatlarında gözlənilən hava şəraiti açıqlanıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Oktyabrın 31-i gündüz saatlarında gözlənilən hava şəraiti açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Tia.az-a verdiyi məlumatına görə:

Bakıda və Abşeron yarımadasında

Oktyabrın 31-i gündüz saatlarında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Arabir güclənən şimal-qərb küləyi əsəcək. Havanın temperaturu 18-20 dərəcə isti təşkil edəcək.

Azərbaycanın rayonlarında

Oktyabrın 31-i gündüz saatlarında hava şəraitinin əsasən yağmursuz keçəcək. Lakin bəzi şimal və şərq rayonlarında yağış yağacağı ehtimalı var. Şərq küləyi əsəcək. Havanın temperaturu 18-23, dağlarda 8-13 dərəcə isti təşkil edəcək.