Oktyabrın 29-u gündüz saatlarında gözlənilən hava şəraiti açıqlanıb

Oktyabrın 29-u gündüz saatlarında gözlənilən hava şəraiti açıqlanıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Oktyabrın 29-u gündüz saatlarında gözlənilən hava şəraiti açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin TİA.AZ-a verdiyi məlumatına görə:

Bakıda və Abşeron yarımadasında

Oktyabrın 29-u gündüz saatlarında hava şəraitinin dəyişkən buludlu olacağı, yağmursuz keçəcəyi gözlənilir. Mülayim cənub küləyi əsəcək. Havanın temperaturu 17-21 dərəcə isti təşkil edəcək.

Azərbaycanın rayonlarında

Oktyabrın 29-u gündüz saatlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Şərq küləyi əsəcək. Havanın temperaturu 17-22, dağlarda 6-11 dərəcə isti təşkil edəcək.