Oktyabrda vətəndaşlarla məhkəmə çəkişməsində olan sığorta şirkətləri – SİYAHIbackend

Oktyabrda vətəndaşlarla məhkəmə çəkişməsində olan sığorta şirkətləri – SİYAHI

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Banklar kimi sığorta şirkətləri də vətəndaşlarla normal, peşəkar münasibət qura bilmədiyi üçün daim problem yaşayır. Bu kimi problemlərin həllini də sığorta şirkətləri məhkəmələrə müraciətdə görür. Halbuki vətəndaşla sığorta şirkəti arasında yaşanan problemin bir mənalı olaraq günahkarı bu şirkətlərin özləridir. Sığorta şirkətiləri ya qiymətləndirməni bilərəkdən düzgün aparmır, ya dəymiş zərərə görə ödəniləcək məbləği günlərlə uzadırlar, bəzən isə hətta verməkdən yayınırlar. Məhz bu kimi səbəblərə görə məhkəmə çəkişmələrinin əksəriyyətində iddianı vətəndaşlar qaldırıb.

Tribunainfo.az hər ay olduğu kimi bu ay da məhkəmə yollarında qalan sığorta şirkətlərinin siyahısını tərtib edib. Həmişəki kimi bu dəfə də məhkəmə çəkişməsinin sayına görə “Azsığorta” və “Atəşgah Sığorta” ilk iki yeri bölüşür. Siyahını təqdim edirik:

“Azsığorta” – 53 məhkəmə
“Atəşgah Sığorta” – 51 məhkəmə
“Xalq Sığorta” – 27 məhkəmə
“Atasığorta” – 15 məhkəmə
“Bakı Sığorta” – 15 məhkəmə
“A-Group” sığorta şirkəti – 13 məhkəmə
“Meqa Sığorta” – 13 məhkəmə
“Qala sığorta” – 9 məhkəmə
“Günay Sığorta” – 4 məhkəmə
“Qala Həyat Sığorta” – 4 məhkəmə
“Azərbaycan Sənaye Sığorta” – 2 məhkəmə
“Standard Insurance” – 1 məhkəmə

Nigar İxtiyarqızı