Bankların vətəndaşlarla məhkəmə çəkişləmələri davam edir. Bu ay da digər aylarda olduğu kimi məhkəmələrdə banklar haqqında iddialar qaldırılıb. Ölkə üzrə fəaliyyət göstərən elə bir bank yoxdur ki, ay ərzində onunla bağlı ittiham irəli sürülməsin. Maraqlısı isə odur ki, hər ötən gün bu cür proseslərin sayı artır. Bu da vətəndaşların banklara olan etibarını azaldır.
Tribunainfo.az ən çox narazılıq yaradan və şikayət olunan, həmçinin məhkəməyə verilən bankların siyahısını hazırlayıb. Bu ay da ötən ay olduğu kimi siyahıya “Unibank” başçılıq edir. Ötən ay 400-ə qədər məhkəmə çəkişməsi olan bu bank oktyabr ayı ərzində 514 prosesə çıxacaq.
Hazırladığımız siyahını təqdim edirik:
“UNİBANK” ASC – 514 məhkəmə
“KAPİTAL BANK” ASC – 421 məhkəmə
“ACCESSBANK” QSC- 268 məhkəmə
“BANK OF BAKU” ASC – 261 məhkəmə
“AZƏRBAYCAN BEYNƏLXALQ BANKI” ASC – 170 məhkəmə
“YELO BANK” ASC – 161 məhkəmə
“BANK RESPUBLİKA” ASC – 97 məhkəmə
BANK VTB (AZƏRBAYCAN) ASC – 86 məhkəmə
“EXPRESSBANK” ASC – 86 məhkəmı
“PAŞA BANK” ASC – 82 məhkəmə
“RABİTƏBANK” ASC – 79 məhkəmə
BANK “BTB” ASC – 66 məhkəmə
“AZƏR-TÜRK BANK” ASC – 59 məhkəmə
“NAXÇIVANBANK” ASC- 39 məhkəmə
“YAPI KREDİ BANK AZƏRBAYCAN” QSC – 36 məhkəmə
“MUĞANBANK” ASC – 28 məhkəmə
MELLİ İRAN BANKI BAKI FİLİALI – 24 məhkəmə
“XALQ BANK” ASC- 21 məhkəmə
“AFB BANK” ASC- 11 məhkəmə
“BANK AVRASİYA” ASC – 6 məhkəmə
“ZİRAAT BANK AZƏRBAYCAN” ASC – 3 məhkəmə
“AZƏRBAYCAN SƏNAYE BANKI” ASC – 2 məhkəmə
“PREMİUM BANK” ASC – 2 məhkəmə