backend

Oksana : “Mən çox şanslı bir qadınam”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Şəxsi həyatımda boşluqdur. İş başında fırlanırıq, iş də mənim başıma fırlanır.  “Şəxsi həyatımda boşluqdur. İş başında fırlanırıq, iş də mənim başıma fırlanır. 

O bərədə düşünməyə belə vaxtım olmur. Amma inşallah hər şey düzələcək. Amma onu deyim ki, 2017-ci ildə hamını təəccübləndirəcəm. Hələ ki, heç bir şey deməyəcəm “.

Bu sözləri rəqqasə Oksana Rəsulova TİA.AZ açıqlamasında deyib. Sənətçi bu ilin ona düşərli il olduğunu bildirib:

“Mən çox şanslı bir qadınam. Baxmayaraq ki, aktrisa kimi bu mənim ilk addımlarımdı, amma 1 il ərzində 5 filmə çəkildim, özü də baş rolda …. Bunun özüdə bir uğurdu. Hər bir aktrisaya qismət olmur. Bu il həmdə dublajda da özümü sınadım.

2017-ci ildə “Mələyin öpüşü” adlı filmi təqdim edəcəyik, dram janrındadır. Müğənni İlhamə Qasımova da orada çəkilib. Amma epizodik rol vermişəm, onu işlərinə görə tapa bilmirəm”.