Oksana: “Elşaddan başqa kişi ilə öpüşmərəm”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rəqqasə Oksana Rəsulova keçmiş həyat yoldaşı, reper Elşad Xosedən söhbət açıb.  
Rəqqasə Oksana Rəsulova keçmiş həyat yoldaşı, reper Elşad Xosedən söhbət açıb. 

“Xəzər Maqazin” verilişinə açıqlama verən rəqqasə Elşadla yenidən ailə quracağı haqda yayılan xəbərlərə aydınlıq gətirib.

O, bildirib ki, cütlük hələlik bu haqda düşünmür: “Həyatımda bir kişini sevmişəm. O da Elşad olub. O, mənim, mən də onun xasiyyətini çox gözəl bilirəm. Baxmayaraq, 5 ildir boşanmışıq, bir-birimizi gözəl tanıyırıq. O, bilir ki, mən tamaşaçıların qarşısında ayrı bir adamla öpüşə bilməzdim. Ona görə də, “Mələyin öpüşü” filmində birlikdə rol aldıq. Biz doğma insanlarıq ayrı-ayrı yerlərdə yaşasaq da, doğmayıq. Çünki sevgimiz möhkəm sevgi olub. Mən onu hələlik özümdə təsəvvür eləyə bilmirəm ki, biz yenidən bir yerdə olub, birlikdə yaşayaq. Ayrılmağımızdan çox vaxt keçib, 5 il az vaxt deyil. Bir yerdə deyilik, hələlik belə bir fikrimiz də yoxdur”.

Qeyd edək ki, Elşad Xose bir müddət əvvəl heç bir ekran işində başqa xanımla səmimi rola çəkilməyəcəyini demişdi.(musavat.com)