Ohanyan yenə nağıl danışıb: “Zərbəmizi gözləyin”

Ohanyan yenə nağıl danışıb: “Zərbəmizi gözləyin”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistanın sabiq müdafiə naziri, Xocalı soqyqırımının müəlliflərindən biri, hazırda İrəvan parlamentinin deputatı olan Seyran Ohanyan yeni ordunun gücü haqqında nağıllar danışıb. Tribunainfo.az xəbər verir ki, o, Ermənistan ordusunun güclü olmasından, bu gün sıxışdırılmasından və daha bir neçə mətləblərdən bəhs edib.

Ohanyan deyib ki, hazırda Nikol Paşinyan hökuməti Ermənistan ordusunu zəiflətməyə çalışır. “Paşinyana sual verirəm, hanı silahlar? Niyə Ermənistan ordusu bu qədər aciz vəziyyətə salınıb?”

Amma Xocalı qatili yekunda vaxtıyla başında durduğu səfil vəziyyətdəki qoşunlarının güclənəcəyini iddia edib. Bu azmış kimi, Azərbaycana zərbə endirəcəklərini vurğulayıb. “Düşmənlər zərbəmizin gücünü bir daha görəcəyinə şübhə etməsinlər”.

P.S. Ac toyuq yuxuda darı görər. Ohanyan vaxtıyla yaratdığı “müdafiə səddi” ilə də fəxr edirdi. Lakin Azərbaycan Ordusu onu cəmi bir günə darmadağın etdi.