Ermənistanın keçmiş müdafiə naziri Seyran Ohanyan parlament seçkisində qələbə qazanmağa inamını itirib.
Ermənistanın keçmiş müdafiə naziri Seyran Ohanyan parlament seçkisində qələbə qazanmağa inamını itirib.
TİA.AZ xəbər verir ki, bu barədə informasiyanı Ermənistanın “Jamanak” qəzeti yayıb.
“Ohanyan-Ovanisyan-Oskanyan blokunda artıq parlament seçkisində 7%-lik baryeri aşa bilməyəcəklərini anlayıblar. Seyran Ohanyan bir müddət əvvəl öz adamlarına seçkidə qələbə qazanacağına inamını itirdiyini bəyan edib. O, həmçinin etiraf edib ki, əgər zamanında Qagik Çarukyanın blokuna qoşulmağa cəsarətləndirilməsəydi, ümumiyyətlə, heç vaxt aktiv siyasətə gəlməyəcəkdi”, – məqalədə yazılıb.
Qeyd edək ki, Ermənistan Prezidenti Serj Sərkisyan Seyran Ohanyanı istefaya göndərəndən sonra o, müxalifətə keçib. Ermənistan mətbuatının iddiasına görə, eks-nazirlə prezident arasında inciklik yaşanıb. Üstəlik, Ohanyan Viktor Dəlləkyanın yaratdığı yeni partiyada rəhbər vəzifəyə gətirilib. Bu partiya isə özünün bütün maliyyəsini Rusiyadan alır. Lakin Dəlləkyan artıq Ohanyanın yanından uzaqlaşıb. Eləcə də Ohanyanın qoşulduğu Ohanyan-Ovanisyan-Oskanyan bloku da artıq maliyyə sıxıntıları yaşamağa başlayıb.