backend

Ohanyan-Oskanyan bloku dağılır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

TİA.AZ Ermənitanın “1in.am” saytına istinadən xəbər verir ki, yaxın zamanlarda Üçüncü Respublika Partiyasının sədri Viktor Dəlləkyan bloku tərk edəcək. 

TİA.AZ Ermənitanın “1in.am” saytına istinadən xəbər verir ki, yaxın zamanlarda Üçüncü Respublika Partiyasının sədri Viktor Dəlləkyan bloku tərk edəcək.

Qeyd edək ki, Dəlləkyandan öncə bloku Aram Sərkisyan və Paruyr Ayrikyan tərk edib. Hazırda blokun tərkibində bir neçə kiçik qrupdan başqa heç bir siyasi qüvvə qalmayıb.

Keçmiş müdafiə naziri Seyran Ohanyan vəzifəsindən çıxarıldıqdan sonra keçmiş xarici işlər naziri Vardan Oskanyanla birləşib. Sonuncu özünün eks-prezident Robert Köçəryanın təmsilçisi kimi nümayiş etdirib. Blok ümumilikdə indiyə qədər dəstəyi Rusiyadan alıb.