OHANYAN ÇƏRLƏDİ: “QARABAĞ MÜNAQİŞƏSİ BİTMƏYİB”

OHANYAN ÇƏRLƏDİ: “QARABAĞ MÜNAQİŞƏSİ BİTMƏYİB”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Qarabağ münaqişəsi bitməyib”. Tribunainfo.az yazır ki, bunu dekabrın 13-də Milli Assambleyada ilin sonuncu ənənəvi brifinqində sabiq müdafiə naziri, “Ermənistan” müxalifət blokunun parlament fraksiyasının rəhbəri Seyran Ohanyan deyib. Onun sözlərinə görə, Azərbaycanın “cinayət əməlləri” problemi daha da dərinləşdirib: “Bakı isə onlara görə məsuliyyət daşımalıdır”. Ohanyan deyib: “Dağlıq Qarabağ regionda faktor idi və onun bütün institutları subyektivliyi qorumaq, o cümlədən Qarabağ ermənilərinin öz tarixi vətənlərinə qayıtmaları üçün şərait yaratmaq naminə mövcud olmağa davam etməlidir”. Deputat əmindir ki, məsələni danışıqlar yolu ilə həll etmək lazımdır: “Üstəlik, ya qəbul edilmiş, ya da yeni formatlar çərçivəsində. “Bu danışıqların alternativi yoxdur” deyən deputat əmindir.