Oğuzda yağan leysan yağışları bir sıra fəsadlar törədib.
Mollalı kəndinin yaxınlığından keçən Türyançay çayından gələn sel kənd sakinlərinin şəxsi təsərrüfatına ziyan vurub.
Ev quşlarını sel aparıb, həyətyanı sahələr, evlərin zirzəmiləri lil qatı ilə örtülüb. Sel Mollalı kəndində ən çox balıqçılıq təsərrüfatına ziyan vurub.
Obyekt sahibi Mahir Abbasovun sözlərinə görə, təsərrüfatda 500 mindən çox balıq məhv olub, nəticədə 2 milyon manata yaxın ziyan dəyib.
Daha ətraflı Baku TV-nin süjetində: