Oğuzda ağır qəza – 4 müəllim yaralandı

Oğuzda ağır qəza – 4 müəllim yaralandı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu gün Oğuz rayonu Qarabulaq kəndində yol qəzası baş verib.

Tribunainfo.az  Qafqazinfo-ya istinadən xəbər verir ki, Söyüdlü kəndinə gedən yolda 1989-cu il təvəllüdlü Leyla Rzayevanın idarə etdiyi “Mercedes” markalı avtomobil idarəetmədən çıxaraq aşıb.

Nəticədə orta məktəb müəllimi olan sürücü və onun həmkarları – 1977-ci il təvəllüdlü Aynurə Sərkərova, 1987-ci il təvəllüdlü ⁠Nuranə Rüstəmova və 1982-ci il təvəllüdlü ⁠Cəmalə İsgəndərova müxtəlif dərəcəli xəsarətlər alıblar.

Onlar Oğuz Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Qəza müəllimlərin məktəbdən çıxıb evə qayıtdıqları zaman qeydə alınıb.