Oğurluq edib ölkədən çıxmaq istəyən şəxs saxlanıldı-VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Oğurluq edərək ölkə hüdudlarını tərk etməyə cəhd göstərən şəxs saxlanılıb.

 

Oğurluq edərək ölkə hüdudlarını tərk etməyə cəhd göstərən şəxs saxlanılıb.

“ARB TV”dən virtualaz.org-a verilən məlumata əsasən, oktyabrın 24-də Zaqatala Rayon Polis Şöbəsinə ərizə ilə müraciət edən Aşağı Tala kənd sakini evindən qızıl-zinət əşyalarının oğurlandığını bildirib.

Araşdırmalarla müəyyən edilib ki, evin pəncərəsindən girməklə mənzildən dəyəri 10 min manat olan ümumilikdə 12 ədəd müxtəlif qızıl-zinət əşyaları oğurlanıb.“İsti izlər”lə keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən şəxs müəyyən edilib və görülmüş tədbirlərlə kənd sakini Elxan Canımov Balakən rayonunun Mazımçay sərhəd keçid məntəqəsini keçmək istəyərkən saxlanılaraq Polis Şöbəsinə gətirilib. Baxış zamanı üzərindən çıxan oğurluq qızıl-zinət əşyaları polis əməkdaşları tərəfindən maddi sübut kimi götürülüb. Ətrafında aparılan tədbirlərlə onun həmin kənddə daha 2 evdən də qızıl-zinət əşyaları oğurlaması müəyyən edilib.

Faktlarla əlaqədar Zaqatala RPŞ-nin istintaq bölməsində cinayət işi başlanılıb.