Yeni Zelandiyada mağazalardan oğurluq edərkən təhlükəsizlik kamerasına düşən millət vəkili Golriz Ghahraman günahını boynuna alıb və istefa verib.
Tribunainfo.az Hürriyet-ə istinadən xəbər verir ki,
Yeni Zelandiyada Yaşıllar Partiyasından olan deputat Golriz Ghahraman Oklend və Vellinqtondakı mağazalardan üç dəfə oğurluq etməkdə ittiham olunur.
İranda anadan olan 42 yaşlı Qəhrəman deyib: “Bu, izah edə biləcəyim bir davranış deyil, çünki bunun mənası yoxdur. Tibbi müayinədən sonra vəziyyətimin yaxşı olmadığını başa düşdüm. “Gördüyüm psixi sağlamlıq mütəxəssisi dedi ki, mənim son davranışlarım həddindən artıq stressdən qaynaqlanır və əvvəllər tanınmamış travmalarla bağlıdır”.