Oğlunun vəhşicəsinə  döydüyü Əhməd Obalı aylar sonra göründü – FOTO

Oğlunun vəhşicəsinə döydüyü Əhməd Obalı aylar sonra göründü – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ötən il ABŞ-ın Kaliforniya ştatında oğlu tərəfindən şiddətə məruz qalan Gunaz.TV-nin rəhbəri Əhməd Obalı xeyli müddət aradan sonra görünüb. Tribunainfo.az-ın verdiyi xəbərə görə, dostları onu ziyarət edib və birgə foto paylaşılıb. Şəkildən də görünür ki, Obalı hələlik əlil arabasındadır. Dostları onun tezliklə daha da yaxşı olacağını açıqlayıblar. Polisə ifadəsində Obalı özü də oğlu tərəfindən təhdid edildiyini deyib.

Məqalədə həmçinin “müstəntiqlər hadisəni başqa cür iddia edirlər. İş siyasi motivli deyil, ailədaxili mübahisədən qaynaqlana bilər”, – deyə qeyd olunub.
Qeyd edək ki, Əhməd Obalı və ailəsi uzun illərdir Amerikada mühacir həyatı yaşayır. ABŞ vətəndaşı olan Əhməd Obalı İran rejiminə qarşı mübarizə aparan GünAz TV-nin rəhbəri və qurucusudur. O da maraqlıdır ki, hadisə Əhməd Obalı Azərbaycandan ABŞ-a qayıdandan 1 gün sonra baş verib. Bütün bunlar hadisənin İran xüsusi xidmət orqanları tərəfindən törədilməsi barədə versiyanın gündəmə gəlməsinə səbəb olmuşdu.