Oğlunun “Məzun günü”nə hazırlaşan institut əməkdaşı qəfil vəfat etdibackend

Oğlunun “Məzun günü”nə hazırlaşan institut əməkdaşı qəfil vəfat etdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

AMEA-nın Folklor İnstitutun Klassik Folklor şöbəsinin elektronçusu Elnarə Soltanova qəfil vəfat edib.

Bu barədə onun iş yoldaşları məlumat yayıblar.

Bildirilib ki, bu gün E.Soltanovanın oğlunun “Məzun günü” imiş:

“Bu günü çox səbirsizliklə və həsrətlə gözləyirdi. Gecə saat 3-ə işləmiş oğlu haqqında “WhatsApp”da paylaşım edib, ürək sözlərini yazıb. Bəlkə də səhər oğlunun “Məzun günü”ndə iştirak edə bilməyəcəyini ana ürəyi hiss edibmiş”.

Onun ölüm səbəbi məlum deyil.