Misirdə psixoloji problemləri olan ana oğlunu 10 il boyunca qaranlıq bir otaqda saxlayıb. Qorxunc hadisə illər sonra qonşuların danışma qabiliyyətini itirən gəncin evdən gələn inilti səsini eşitdikdən sonra ortaya çıxıb.
Moderator.az xəbər verir ki, Məhəmməd Rəcəb əl-Qarbavi adlı 7 yaşlı uşaq 10 il əvvəl ortadan yox olub. Bundan sonra uşağın anası qonşularına oğlunun öldüyünü deyib. Aradan 10 il keçdikdən sonra tərk edilmiş evdən gələn səslərdən narahat olan qonşular polisə xəbər verib.
Hadisə yerinə gələn polis dəstələri tərk edilmiş evə girdiklərində danışıq qabiliyyətini itirmiş, ürkək və bədəni böcəklərlə dolu olan bir gənclə rastlaşıblar.
Qadın polisə verdiyi ifadədə oğlunu ərinin qohumlarından gizlətmək üçün bu yolu seçdiyini, hər gün evə gələrək oğluna yemək və su gətirdiyini deyib.