“Oğlumun autizmli olması ayrı mübarizədir”- “Neftçi”nin futbolçusu

“Oğlumun autizmli olması ayrı mübarizədir”- “Neftçi”nin futbolçusu

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Neftçi”nin braziliyalı futbolçusu Yuri Matias ailəsindən uzaqda yaşamağın çətinliklərindən danışıb.

“Qafqazinfo” xəbər verir ki, o, “Globo” nəşrinə müsahibəsində xəstə oğluna görə ailəsindən ayrı düşdüyünü deyib.

Matias bildirib ki, 5 yaşlı oğlu Mateus autizm spektri pozuntusundan (TEA) əziyyət çəkir. Futbolçu bu amilin onu psixoloji cəhətdən çox yüklədiyini bildirib:

“Ailədən uzaq qalmaq çox çətindir. Bunu izah edə bilmirəm. Çünki mənə çox təsir edən, incidən məqamdır. Kiçik oğlumun autizmli olması da ayrı bir mübarizədir. Bu, bizim bir yerdə yaşamağımıza mane olur. Onun müalicəsini və inkişafını prioritet tutmalıyam”.

Futbolçunun həyat yoldaşı Mikele isə övladlarının Yuri Matiasa bağlılığından söz açıb:

“Uşaqların Yuriyə çox güclü bağlılığı var. O yaxınlıqda olmayanda, xüsusilə autizm diaqnozu qoyulmuş Mateusun davranışı daha da pisləşir. Birlikdə olanda isə onun davranışı inanılmaz dərəcədə dəyişir. Hər şey daha yüngül, daha az stresli olur. Mən həmişə deyirəm ki, Yuri onların dərmanıdır”.