Bakıda «Gelandewagen» daha bir can aldı — Sürücü məmur oğlu imiş
Bakıda «Gelandewagen» daha bir can aldı — Sürücü məmur oğlu imiş
TİA.AZ bildirir ki, dünən Aeroport yolunda dəhşətli qəza baş verib. Belə ki, «Mercedes Gelandewagen» markalı avtomobil yol kənarında dayanmış digər «Mercedes» markalı avtomobilə çırpılıb. Yayılan məlumatlara görə hadisə nəticəsində vurulan «Mercedes»in sürücüsü, Naxçıvan şəhər sakini olan Natiq adlı şəxs yerindəcə keçinib.
Əldə edilən məlumata görə «Gelandewagen»in sürücüsü yüksək vəzifəli məmurlardan birinin oğludur. Bu gün isə TİA.AZ-a daxil olan məlumata görə bir nəfərin ölümünə səbəb olan «Mercedes Gelandewagen»in sahibi yüksək vəzifə sahibi olduğundan hər vəchlə adının mətbuatda hallanmamasına çalışır və öz əlaqələrindən istifadə edərək müəyyən mənada buna nail olub.Buna, məlumat mətbuatda yayılandan sonra adətən belə hallarda olduğu kimi təfərrüatlarının üzə çıxıb yayılmaması da sübut ola bilər.
Ancaq buna rəğmən, oğlu insan ölümünə səbəb olan ağır qəza törədən yüksək vəzifəli məmur bu məlumatı nə qədər gizlətməyə çalışsa da müəyyən məlumatlar sızıb və həmin məmurun kimliyi haqda məlumatlar ola bilsin yaxın zamanlarda mətbuatda dərc olunaraq bəlli olacaq.
TİA.AZ