Ustad Aşıq Ədalətin vəsiyyəti yerinə yetirilməyib.
Ustad Aşıq Ədalətin vəsiyyəti yerinə yetirilməyib.
TİA.AZ-ın məlumatına görə, Yenicag.az-a açıqlama verən sənətkarın oğlu Hekayət Nəsibov atasının vəsiyyətindən danışıb:
“Atam bizə vəsiyyət etmişdi ki, öləndə sazımı mənimlə bərabər basdırın. Amma ailə üzvləri yığışıb, qərara gəldik ki, sazı saxlayaq. Çünki Dədə Ədalətin sazı gələcək nəsillər üçün qorunmalıdır. Amma sazın “sinə” hissəsini onun məzarına qoyduq. Sazını isə gələcək nəsillər üçün saxladıq”.
Qeyd edək ki, ustad “Yanıq Kərəmi”nin sədaları altında dəfn olunub.