Oğlaq Dolunayının bürclərə təsiri – Aytən Salami

Oğlaq Dolunayının bürclərə təsiri – Aytən Salami

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

10-dan 11-nə keçən gecə Oğlaq dolunayı yaşanıb.

Bu dolunayın bürclərə təsirləri barədə azərbaycanlı astroloq Aytən Salami Tribunainfo.az-a danışıb.

Qoç

Yaşanacaq dolunay iş və karyera həyatınıza təsir edəcək. İşinizlə bağlı vacib qərarlar ala bilərsiniz. Stresli vəziyyət qarşısında təmkinli olun. Düzgün qərarlar almağa çalışın.

Buğa

Bu dolunayda səyahət etmək qərarı ala bilərsiniz. Sənəd, məhkəmə, xarici ölkə işləriniz varsa, onun həll yolunu tapacaqsınız. Yeni təhsil barədə düşünə bilərsiniz.

Əkizlər

Dolunayda maddi məsələlər gündəmə gələcək. Bank-kredit işləriniz həll yolunu tapacaq. Verdiyiniz borclardan xəbər çıxa bilər. Ortaqlıq işlərinizdə bir qərar ala bilərsiniz.

Xərçəng

Oğlaq dolunayı münasit, evlilik məsələlərini gündəminizə gətirəcək. Münasibətinizlə bağlı qərar ala bilərsiniz. Evlilikdə yolunda getməyən məsələ qaydasına düşəcək.

Şir

Bu dolunay sağlamlıq məsələlərini ön plana çıxaracaq. Sizi narahat edən məsələləri nəzərdən keçirəcəksiniz. İş yoldaşlarınızla aranızda gərginlik yaşana bilər.

Qız

Oğlaq dolunayı sizə sevgi və şans gətirəcək. Özünüzü daha yaxşı hiss edəcəksiniz. Hobbilərinizlə məşğul olacaqsınız. Övladlarınızla bağlı məsələlər həll yolunu tapacaq.

Tərəzi

Bu dolunay ev-ailə məsələlərini gündəmə gətirəcək. Ailə böyüklərinizin sağlamlığına diqqət edin. Evinizi dəyişib təmir etmək istəyə bilərsiniz. Çoxdandır xəyalını qurduğunuz evə sahib ola bilərsiniz.

Əqrəb

Dolunay siz Əqrəblərə yaxın çevrənizlə münasibətdə öz təsirlərini verə bilər. Bu dönəmünsiyyətinizə diqqət edin. Bacı-qardaşla aranızda gərginlik yaşana bilər.

Oxatan

Maliyyə məsələləri gündəmə gələcək. İş və karyera mövzularında tamamlanma yaşana bilər. Xərclərinizə diqqət edin. Yeni gəlir yeri, yeni iş barədə düşünə bilərsiniz.

Oğlaq

Bürcünüzdə yaşanacaq dolunay həyatınız və məqsədləriniz barədə tamamlanma enerjisi gətirəcək. Görəcəyiniz işləri disiplinli şəkildə həyata keçirməyə başlayacaqsınız. Sağlamlığınıza diqqət edin.

Dolça

Oğlaq dolunayında arxa planda qalıb ətrafı və olacaqları müşahidə etmək istəyəcəksiniz. Xoşagəlməz, gizlin məsələlər gündəmə gələ bilər. Bu barədə bəzi qərarlar almaq istəyəcəksiniz.

Balıq

Bu dolunayla çevrəniz genişlənəcək. Məclislər, yeni dostlar qazanacaqsınız. Xəyallarınıza çatmaqda çevrənizdən dəstək alacaqsınız. İşlə bağlı məsələlər gündəmə gələcək. Maddiyyat mövzularında müsbət dəyişikliklər yaşayacaqsınız.

Dəniz Pənahova