Müğənni Ofelya Şabanova və Səmra Hüseynova efirdə mübahisə ediblər.
Tribunainfo.az “Yeni Sabah”a istinadla xəbər verir ki, model müğənnini “qadın kişinin corabını yumalıdır, geyindirməlidir” sözlərinə görə qınayıb.
Səmra “Öz aramızda” verilişində bildirib ki, elə olan halda kişi də qadının corabını yumalıdır:
“Niyə qadınları alçaldaraq, qab yuyan, corab yuyan kimi təqdim edirsiniz? Bu nə düşüncələrdir? Bu fikirləri indiki qızlara mesaj olaraq ötürürsünüz. Nəyə görə qızlarımıza ali təhsil almağı, özləri üçün pul qazanmağı aşılamırsınız? Onlara karyera qurmağı öyrətməlisiz ki, sabah qabağına çıxan kişi qadınları qul kimi deyil, gül kimi görsün. Qadının düşməni elə qadındır. Kişi özündən 10 yaş balaca biri ilə evlənəndə normal olur, amma qadın bu hərəkəti edəndə ev yıxan sayılır. Çox xahiş edirəm cəmiyyətdə bu düşüncələri normallaşdırmayın. Bunlar hamısı absurd və yalnış düşüncələrdir”.










