Xalq artisti Ofeliya Sənani xəstəxanaya yerləşdirilib.
Tribunainfo.az “Axşam.az”a istinadən xəbər verir ki, ötən gecə teleaparıcının səhhəti pisləşib. Təcili yardım çağırılıb və o, xəstəxanaya aparılıb.
O.Sənaninin nəvəsi açıqlamasında nənəsinin hazırda xəstəxanada olduğunu, müalicə aldığını bildirib.
Məlumata görə, 83 yaşlı aparıcının ağciyərində problem yaranıb.
Xatırladaq ki, aylar öncə də Xalq artisti infarkt keçirmiş və xəstəxanaya yerləşdirilmişdi.