Düşmən gecə saatlarında Odessa vilayətinə qarşı 8 Kalibr və 15 Şahed pilotsuz uçan aparatdan istifadə edib.
Tribunainfo.az UNİAN-a istinadən xəbər verir ki, Odessa Vilayət Hərbi Administrasiyası yanında İctimai Şuranın rəhbəri Sergey Bratçuk bildirib.
“Düşmən gecə saatlarında şəhərimizə 3 dəfə 15 “Şahedin”, 8 ədəd “Kalibr” tipli dəniz qanadlı raketi ilə hücum edib. Hər üç hücum hava hücumundan müdafiə qüvvələri tərəfindən dəf edilib”.
Qeyd olunur ki, düşmənin Odessanın mərkəzinə göndərdiyi raketlərin vurulması nəticəsində təhsil müəssisələrindən birinin yataqxanası və supermarket dağıntılar altında qalıb, yanğınlar başlayıb. Xilasedicilər hələ də onların aradan qaldırılması üzərində işləyirlər.