Odessa bölgəsinə dəhşətli zərbələr endirilib. Dağıntılar altında ölənlər tapıldı, xəsarət alan çox sayda qurbanlar var.
Tribunainfo.az UNİAN-a istinadən xəbər verir ki, Odessada düşmənin şəhərə endirdiyi zərbə nəticəsində həlak olan kişi dağıntılar altından tapılıb.
Odessa Vilayət Prokurorluğunun məlumatına görə, iyulun 20-nə keçən gecə düşmən raketlər və pilotsuz uçuş aparatları ilə növbəti dəfə Odessa bölgəsinə hücum edib.
Qeyd olunur ki, Odessanın mərkəzində düşmən raketinin partlaması nəticəsində azı 4 nəfər, o cümlədən 15 yaşlı oğlan çoxsaylı xəsarətlər alıb. Bütün insanlar xəstəxanaya yerləşdirilib.
Digər zərərçəkənlər barədə məlumatlar dəqiqləşdirilir, dağıntılar təmizlənir.