“Dünya təcrübəsinə baxdıqda ödənişli yollarda təyin olunan maksimal sürətin digərlərindən yüksək olduğunu görmək mümkündür. Elə qonşu Türkiyədə maksimal sürət 130 km/saat olduğu halda, ödənişli yolda bu 140 km/saatdan çoxdur. Bakı-Quba-Rusiya ilə dövlət sərhədi avtomobil yolunda sürət həddi 110 km/saatdır. Deyirlər ki, sözügedən yolda sürət həddi bir az da artırılmalıdır. Qeyd edim ki, yolda yüksək sürət həddinin olması üçün infrastruktur da bu səviyyəyə cavab verməlidir. Yəni yolun keyfiyyətinə və ondan istifadə edən nəqliyyat vastilərinin tam təhlükəsizliyinə əmin olmaq lazımdır. Sonra isə müvafiq qərarla sürət həddinin artırılması təmin edilə bilər”.
Bunu Bakupost.az -a nəqliyyat üzrə ekspert Elməddin Muradlı bildirib.
O qeyd edib ki, sürət həddinin artırılmasında rol oynayan ikinci amil isə avtomobil parkının hazırkı vəziyyətidir. Avtomobil parkı köhnə olan ölkə üçün maksimum sürət həddini artırmaq uğurlu addım olmaz:
“Çünkü ististmar müddətini başa vurmuş kifayət qədər avtomobil var ki, texniki imkanları hazırda təyin olunan sürətə yetmir”.