ÖDƏNİŞLİ YOLA GİRİŞ HARADANDIR?

ÖDƏNİŞLİ YOLA GİRİŞ HARADANDIR?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycanın ilk ödənişli yolunun açılışı üçün hazırlıq işləri davam edir.

Tribunainfo.az xəbər verir ki, yolun böyük hissəsində işlər yekunlaşıb. Şimal iqtiqamətində Rusiya sərhəddinə qədər yol boyu bütün məlumat lövhələrində ödənişli yolla bağlı artıq məlumatlar yerləşdirilib. Yola giriş hələlik bağlıdır. Hazırda yolda tamamlanma işləri aparılır. Ödənişli yola giriş tək bir hissədən deyil. Yol boyu məlumat lövhlərində sözügedən yola keçid istiqaməti də göstərilir. Şimal istiqaməti boyunda bir neçə yerdə ödənişli yola keçmək mümkündür.

Qeyd edək ki, ödənişli yolla paralel sözügedən istiqamətdə alternativ yolda da müəyyənb işlər görülür. Hazırda işlək olan yolda mövcud problemlər aradan qaldırılır, yolun dağılmış hissələri bərpa edilir. Ödənişli yol istifadəyə veriləcək günə qədər hazırda işlək olan yolda da bərpa işləri tamamlanmış olacaq.