Ödənişli təhsil ləğv olunur? – AÇIQLAMAbackend

Ödənişli təhsil ləğv olunur? – AÇIQLAMA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) rektoru, professor Ədalət Muradov “Azərbaycan Respublikasında Təhsilin İnkişafı üzrə Dövlət Strategiyası”nın müvafiq bəndində təsbit olunmuş ali təhsil müəssisələrində ödənişli təhsil üzrə qəbul planının ləğv edilməsini önə çəkərək, təkliflə çıxış edib.
Bu təklifin həyata keçirilməsi mümkündürmü?


Məsələ ilə bağlı Tribunainfo.az-a açıqlama verən təhsil eksperti Kamran Əsədov bildirib ki, “Azərbaycan Respublikasında Təhsilin İnkişafı üzrə Dövlət Strategiyası”nda ali təhsil müəssisələrində ödənişli təhsil üzrə qəbul planının ləğv edilməsi məsələsi cəmiyyətin diqqətini çəkən mühüm təkliflərdən biridir.

“Bu təklif təhsil sistemində bərabərliyi təmin etmək, sosial ədaləti artırmaq və hər kəsin təhsilə bərabər çıxışını təmin etmək məqsədi daşıyır. Ancaq bu təşəbbüsün reallaşdırılması üçün həm iqtisadi, həm də sosial baxımdan müxtəlif məqamların diqqətlə araşdırılması lazımdır.

Birincisi, bu təklifin həyata keçirilməsi ölkə iqtisadiyyatının maliyyə yükünə təsir edəcəkdir. Azərbaycan kimi inkişaf etməkdə olan ölkələrdə ali təhsil müəssisələrinin maliyyələşməsi əsasən dövlət büdcəsi və ödənişli tələbələrin təhsil haqları hesabına təmin edilir. Ödənişli təhsil sisteminin ləğv edilməsi dövlət büdcəsinə əlavə yük gətirə bilər, çünki bu, tələbələrin təhsil xərclərinin tam olaraq dövlət tərəfindən ödənilməsini tələb edir. Ödənişli təhsilin ləğvi və ya əhəmiyyətli şəkildə azaldılması üçün dövlətin bu sektora əlavə maliyyə ayırması lazım gələcəkdir. Bu isə digər sosial sektorlarda (sağlamlıq, sosial təminat və s.) xərclərin azaldılması və ya vergilərin artırılması demək ola bilər. Buna görə, belə bir islahatın həyata keçirilməsi əvvəlcədən maliyyə dayanıqlığı və uzunmüddətli iqtisadi təsirlərin dərin təhlilini tələb edir”.

Dəniz Pənahova