backend

ÖDDƏ QURD OLMUR

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Son zamanlar hansı həkimə gedirəm övladımda lyambila qurdunu qanda yoxlatmışammı və ya ödünü USM-dən yoxlatmısanmı deyə soruşurlar.  

Son zamanlar hansı həkimə gedirəm övladımda lyambila qurdunu qanda yoxlatmışammı və ya ödünü USM-dən yoxlatmısanmı deyə soruşurlar. 

Bir həkim müasir aparatlar vasitəsilə yoxlatmağın zəruriliyindən danışsa da,  digəri qanda, o biri isə ancaq nəcisdə bu qurdun təyinini məsləhət görür. Nədir bu lyambia?  

Pediatr Günay Rəsulova TİA.AZ-a bildirdi ki, bu sadəcə bir cəfəngiyyatdır: “Bu cəfəngiyyat diaqnozu USM(UZİ) ilə və ya qanla qoymaqla, kurslarla, boş- boşuna ağır müalicələrə məruz qoyulmuş körpələri, uzun müddətli müalicələrlə, psixologiyası yorulmuş, bezmiş, həkimə inamı tamamən itmiş valideynləri görəndə, bu biabrçılığa birdəfəlik son qoya bilsəm deyə düşünürəm. Bu yalançı diaqnozların əslini açıqlamaq üçün bəzən saatlarla xəstələrə mühazirə deməkdən bezmirəm. Düşünürəm ki, sürdürdüyüm bu mübarizəm bir gün öz nəticələrini verər. Burdan bütün valideynlərə  çox diqqətli olmalarını şiddətlə tövsiyyə edirəm. Öddə qurd olmur. Uzi ilə öddə qurd görülməz. Nəzərdə tutulan lyambliya qurdu 12 barmaq bagirsaqda yaşayır,öddə deyil.Diaqnostikasi üçün ancaq və ancaq nəcisin ümumi analizi olunmalıdır.Şübhəli durumlarda analizi bir neçə dəfə təkrar etmək lazım gələ bilər, amma bu xəstəliyin diaqnostikası qanla qoyulmaz. Düzgün diaqnostikadan sonra,qurd xəstəliklərinin müalicəsi heç də çətin deyildir. Qurd əleyhinə nəzərdə tutulmuş bitki tərkibli siropları aylarla övladınıza verməyə ehtiyac yoxdur.Çox bahalı və effekti sübuta yetirilmiş bu tip müalicələri etməzdən öncə daha diqqətli olmağınız lazımdır”.

NİLUFƏR