Öcalan PKK-ya gözlənilən çağırışı etdi – “Silahı buraxın”

Öcalan PKK-ya gözlənilən çağırışı etdi – “Silahı buraxın”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

PKK terror təşkilatının həbsdəki lideri Abdullah Öcalan tərəfdarlarına çağırış edib.

Tribunainfo.az Türkiyə KİV-ə istinadən xəbər verir ki, bəyanat türk və kürd dillərində oxunub.

Öcalan çağırışında “silahı buraxın” deyib:

“Demokratik cəmiyyətə ehtiyac qaçılmazdır. Cümhuriyyət tarixinin ən uzun və ən əhatəli üsyan və hərəkatı olan PKK-nın güc və dəstək tapmasının səbəbi demokratik siyasi kanalların bağlanması idi. Mən tərksilah olmağa çağırıram. Bütün qruplar silahı yerə qoymalı və PKK ləğv olunmalıdır. Bu çağırışa görə məsuliyyəti üzərimə götürürəm”.