backend

Obama Trampın telefonuna qulaq asırmış

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ-ın keçmiş prezidenti Barak Obama Donald Trampın Ağ evin başçısı postuna seçilməsindən öncə Nyu-Yorkda yerləşən “Trump Tower” göydələninin dinlənilməsini təşkil edib. Tramp bu barədə özünün “Twitter” səhifəsində yazıb. 

TİA.AZ  TASS-a istinadən xəbər verir ki, Tramp bu hərəkətin öz alçaqlığına görə “Uoterqeyt qalmaqalına” bərabər olduğunu əlavə edib.

ABŞ-da 1972-ci ildə keçirilən prezident seçkiləri kampaniyası zamanı Demokrat Partiyasının həmin dövrdə “Watergate” yaşayış kompleksində yerləşən mərkəzi ofisində dinləmə qurğusu quraşdırmağa cəhd edən şəxslər həbs olunmuşdu. Bu siyasi qalmaqal 1974-cü ildə Birləşmiş Ştatların prezidenti Riçard Niksonun istefası ilə nəticələnmişdi.