backend

Obama Moskvaya son zərbəni vurmağa hazırlaşır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Demokratlar və respublikaçılardan ibarət ABŞ senatorları Qrupu bu həftə Rusiyaya qarşı sanksiyalar üzrə qanun layihəsini təqdim edəcəklər. 

Demokratlar və respublikaçılardan ibarət ABŞ senatorları Qrupu bu həftə Rusiyaya qarşı sanksiyalar üzrə qanun layihəsini təqdim edəcəklər.

TİA.AZ xarici mediaya istinadən xəbər verir ki, bunu Merilend ştatından olan demokrat senator Ben Kardin jurnalistlərə bildirib.

Qanun layihəsi Konqresə Rusiya barəsində əlavə sanksiyaları qəbul etməyə imkan verəcək. Senator qanun layihəsini Rusiyanın ABŞ-a qarşı haker hücumları ilə əlaqələndirib.

Bundan başqa, senator qeyd edib ki, qanun layihəsi Rusiyanın Avropadakı, hər şeydən əvvəl Ukraynadakı fəaliyyəti ilə bağlı olacaq, həmçinin Suriya məsələsinə toxunulacaq.

Xatırladaq ki, ABŞ prezidenti Barak Obama dekabrın 29-da Rusiya barəsində yeni sanksiyalar haqqında fərmanı imzalayıb. Sanksiyalara məruz qalan təşkilatlar arasında Federal Təhlükəsizlik Xidməti və Rusiyanın Silahlı qüvvələrinin Baş qərargahının Baş kəşfiyyat idarəsi də var.

Bundan başqa, ABŞ Rusiyanın 35 diplomatını ölkə ərazisindən çıxarır. Rusiya diplomatlarının ABŞ-ı tərk etməsi üçün 72 saat vaxt verilib. Yüksək vəzifəli Amerika məmuru bildirib ki, Vaşinqtonun bu addımı Rusiya hakimiyyəti tərəfindən amerikalı diplomatların sıxışdırılmasına cavabdır.