ABŞ-nin keçmiş prezidenti Barak Obama Hollivud ulduzu Cennifer Enistonla eşq yaşayır.
Tribunainfo.az “Mint” qəzetinə istinadən xəbər verir ki, bu barədə aktrisanın özü etiraf edib.
“Cenniferin dostlarının məclisində münasibət təsadüfən ortaya çıxdı – Cennifer özü bunu etiraf etdi. Bu qeyri-real səslənir, amma onun yaxın dostları arasında bu sirr deyil”, – deyə aktrisanın dostu bildirib.
Nə Eniston, nə də Obama romantik əlaqə haqqında məlumatı təsdiqləməyib. Lakin siyasətçi və həyat yoldaşı Mişel Obama arasındakı problemlər kimi bir çox şey onların birliyinə işarə edir.
Xatırladaq ki, Obama cütlüyü 1992-ci ildən birlikdədir, lakin indi ailələrində böhran yaşanır və boşanacaqları barədə iddialar səslənir. Şayiələrə səbəb Barak və Mişel Obamaların ictimai tədbirlərdə birlikdə görünməməsi göstərilir. Hətta əyləncəli ictimai tədbirlərdə deyil, 9 yanvarda keçirilən ABŞ-nin keçmiş prezidenti Cimmi Karterin dəfn mərasimində belə olub. Mişel, həmçinin ABŞ prezidenti Donald Trampın andiçmə mərasiminə qatılmayıb. Sosial şəbəkələrdə yazırlar ki, bu, onların münasibətlərindəki problemlərlə bağlıdır, çünki əvvəllər Barak və Mişel bütün tədbirlərə birlikdə qatılırdılar.
Barak və Mişel Obamanın iki qızı var – 26 yaşlı Maliya və 23 yaşlı Saşa.
Ceyran