ABŞ Prezidenti Barak Obama bu gün yenidən Konqresi Kubada yerləşən Quantanamo hərbi bazasındakı həbsxananın bağlanılması haqqında qərar qəbul etməyə çağıracaq.
ABŞ Prezidenti Barak Obama bu gün yenidən Konqresi Kubada yerləşən Quantanamo hərbi bazasındakı həbsxananın bağlanılması haqqında qərar qəbul etməyə çağıracaq.
TİA.AZ xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında ABŞ prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşavirinin müavini Ben Rods söyləyib. Rods indiyə qədər heç kimin niyə Quantanamonun ABŞ ərazisinə köçürülməməsini izah edə bilmədiyini söyləyib.
Qeyd edək ki, Obama 2008-ci ildə prezident olarkən Quantanamo həbsxanasını bağlayacağını bildirmişdi. Həbsxananı qapada bilməsə də, prezident buradakı məhbusların sayını 712-dən 59-a endirməyi bacarıb.
Quantanamo həbsxanası 2002-ci ildə Kubada yaradılıb. İndiyə qədər dünyanın ən gizli həbsxanalarından biri hesab edilir. Burada əsasən Əfqanıstan və İraqda vuruşan terrorçular saxlanılır. Pentaqonun açıqlamasına görə, Quantanamoda hazırda 41 ölkədən terrorçu var. Aralarında Səudiyyə Ərəbistanı, Əfqanıstan və Yəmən vətəndaşları üstünlük təşkil edirlər. Quantanamodakı məhbusların demək olar ki, hamısı buraya məhkəmə keçirilmədən terrorizmdə şübhəli bilinərək salınıb. Konqres indiyə qədər həbsxananın bağlanmasına və terrorçuların ABŞ ərazisindəki həbsxanalara köçürülməsinə qarşı çıxır.