“OBA” MARKETLƏRDƏ ENDİRİM FIRILDAĞI: ŞİKAYƏTLƏR SƏNGİMİR – FOTObackend

“OBA” MARKETLƏRDƏ ENDİRİM FIRILDAĞI: ŞİKAYƏTLƏR SƏNGİMİR – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“OBA” marketlər şəbəkəsindən şikayətlər səngimir. TİA.Az xəbər verir ki, Mərd Noya bu dəfə üzləşdiyi məsələni yazıb. Onun sözlərinə görə, şikayəti Təbriz küçəsində yerləşən (Bakı restoranı ilə üz üzə) Oba marketdəndir: “Vitrində endirim yazılmasına baxmayaraq kassada qiymət iki qat artığına vurulur. Vitrində endirim etmisiz deyəndə adamı yalançı yerinə qoyurlar üstəlik satıcıya vitrindəki qiyməti göstərməyimə baxmayaraq kassada nə vurur odur deyə dirəşirlər. İstəmirsən alma burda belədir deyə hələ bir adamın üstünə qışqırırlar. Çek desən heç bir Obada son zamanlar çek verilmir min bir bəhanə gətirirlər ki ay aparat xarabdı ay çek kağızı yoxdu. Obadakı işçilər bilinmir müdür kimdi kassir kimdi satıcl kimdi.Malların çoxu vaxtı keçmiş yalandan endirim yazıb kassada adamı aldadırlar.Vergiyə İqdisadiyyat Nazirliyinə yazılı müraciət etsəm də heç bir cavab gəlmir. Artıq bunların vədəsi dolub ama baxan yoxdur. OBA market nə zamana kimi sizin dükanlardan haqq tələb edəndə bu bizim qanunlardır xoşun deyil xoş getdin deyiləcək?”

TİA.Az