Təbiətdən kobud şəkildə istifadə edən, ekoloji təhlükəsizlik qaydalarını pozan “Oba” market növbəti dəfə cərimələnib.
Tribunainfo.az xəbər verir ki, yoxlama zamanı “Oba”nın İnzibati Xətalar Məcəlləsinin 266.2-ci maddəsini pozduğu məlum olub. Tələbi pozulan maddəyə əsasən, tullantıların emalı yerlərinin müəyyənləşdirilməsi, layihələşdirilməsi, tikintisi, istifadəsi və ya ləğv edilməsi normalarının və qaydalarının pozulmasına görə vəzifəli şəxslər üç min beş yüz manatdan dörd min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər on min manatdan on beş min manatadək məbləğdə cərimə edilir.
Marketlə bağlı başladılmış işə Xəzər Rayon Məhkəməsində 10 iyul tarixində baxılacaq. İş hakim Ramilə Xəzrinin icraatındadır.
Qarşı tərəfin mövqeyini işıqlandırmağa hazırıq.
Nigar