OBA”da “Araz Market”in “otxodları” satılır – Fotobackend

OBA”da “Araz Market”in “otxodları” satılır – Foto

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“OBA” Marketlər şəbəkəsinin əməkdaş sayı 9 minə çatıb. Belə bir xəbər oxudum saytlarda. Nə olsun?

3 gün əvvəl qışa hazırlıq məqsədilə 5-10 banka kompot bağlamaq istədim, yaxınlıqdakı “OBA” Marketdən 20 dənə qapaq aldıq, 10-u xarab çıxdı. Qaytarmadıq ki, eybi yoxdur, bir də almarıq olar bitər. Səhəri gün yumurta aldıq 10 dənə, 5-ni qaynatdım, soyanda qoxusundan baş çatladı. Avqutsun 21-i idi, baxdım ki, son istifadə tarixi 24-ü göstərilib yumurtaların üstündə. Eləmədim təmbəllik, qapaqları da, bişən və bişməyən yumurtaları da götürüb getdim mağazaya. And-aman elədilər ki, yumurtanı təzə vurublar, bu gün (həmin gün) açılıb. Təsəvvür edin, yayın günündə vaxtının bitməsinə 3 gün qalmış yumurta gətiriblər mağazaya.

Tribunainfo.az xəbər verir ki, bu barədə jurnalist Həbibə Abdulla sosial şəbəkə hesabında yazıb. O bildirib ki, “OBA”da “Araz Market”in “otxodları” satılır:

“Əvvəl deyirdilər, inanmırdım. Ancaq indi inanıram. “OBA”da 9 min yox, 90 min əməkdaş da işləsə, satdıqları məhsullar zaydır. Əvvəllər çox alver etmirdik deyə bilmirdik, indi məcburən alver edirik: çünki küçənin başında da, ortasında da, ayağında da mağaza açıb, xırda mağazaların bağlanmasına səbəb olublar”.

H.Abdulla bildirib ki, yumurta istehsalçısı ilə də əlaqə saxlayıb və məlum olub ki, istehsalçı bazara yumurtanı gündəlik çıxarır:

“Bildirdilər ki, yayda isə nəinki vaxtının bitməyinə 3 gün qalan yumurtanı, heç 3 gün əvvəl istehsal olunanı da bazara çıxarmırıq”.

Qarşı tərəfin mövqeyini işıqlandırmağa hazırıq.

Roman