“Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında ”Azərbaycan Respublikasının Prezidentinin 2016-cı il 30 dekabr tarixli sərəncamına əsasən məcburi köçkünlərin təhsil haqqından azad edilməsi ilə bağlı güzəşt də ləğv olundu.
“Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında ”Azərbaycan Respublikasının Prezidentinin 2016-cı il 30 dekabr tarixli sərəncamına əsasən məcburi köçkünlərin təhsil haqqından azad edilməsi ilə bağlı güzəşt də ləğv olundu.
TİA.AZ xəbər verir ki bu haqda təhsil eksperti Kamran Əsədov öz facebook səhifəsində bu fikri bildirib: ” Bu qəbul imtahanlarının nəticələrinə ciddi təsir edəcək. Çünki az bal toplayan bəzi məcburi köçkün statuslu vətəndaşlar daha çox təhsil haqqı yüksək olan yerləri seçirdi. Bundan sonra o yerləri seçənlərin sayı azalacaq. Bildiyimiz kimi, Azərbaycan Respublikası Prezidenti məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və maddi yardım göstərilməsi sahəsində ciddi bir yeniliyə imza atdı. Belə ki, bu günə qədər məcburi köçkünlər komunal xərclərdən, işıq, qaz, su kimi məsələlərdən istifadə etdiyinə görə müəyyən limit güzəşt tətbiq olunmuşdu. Lakin çox sayda insan o limiti tap istifadə etmirdi və qalıq qalırdı. Ona görə də, ölkə başçısı onlara adambaşına 36 manat məbləğində pul ödəməsi ilə bağlı sərəncam verdi. Bu dəyişiklik yaxın günlərdə orta və ali məktəblərdə təhsil alan tələbələrə də tətbiq olunan təhsil haqqı güzəştlərinə də tətbiq edilməsi gözlənilir: ” Bu məsələ bir neçə ildir ki, gündəmdədir. Bildirim ki, hər qəbul ilində 1600- ə qədər şəxs bu imtiyazdan istifadə edir. Bir məsələni xüsusi ilə qeyd etmək istəyirəm ki, bu hal hazırda təhsil alan tələbələrə şamil edilmir. Bu qərar qəbul edilərsə, ondan sonra qəbul olanlara şamil olunacaq. Ümumiyyətlə, məcburi köçkünlərə bu imtiyazların verilməsi normal haldır və bizim dövlətimizin iqtisadi gücü bunu həyata keçirilməyə imkan verir. Lakin bu rəqabət qabiliyyətini aşağı salırdı. Çünki bu zaman məcburi köçkünlər yüksək təhsil haqqı olan yerləri seçirdi və aşağı balla həmin ixtisaslara qəbul olurdular”.
Nilufər