“Gürcüstanın uğuru heç bir halda təsadüf sayıla bilməz” . Tribunainfo.az yazır ki, jurnalist Hacıbəy Heydərli bildirib. Onun sözlərinə görə, qonşularımız AVRO-2024-ə vəsiqə qazanana qədər Yunanıstan millisini turnirdən kənar qoymağı bacarmışdı qrupda isə hər 3 oyunda qələbə qazanmağa layiq idilər: “Türkiyə ilə oyunda son saniyədə qapı dirəyi və boş qapıdan çıxarılan top onları xalsız qoydu.
Çexiya ilə matçda son saniyədə vura bilmədikləri qola görə 3 xaldan oldular. Portuqaliya ilə oyunda isə hər şeylərini meydana qoydular və qələbə qazandılar.
Gürcüstanın uğurunun kökündə isə uşaq futboluna qoyulan investisiya və düzgün iş durur. Hazırda əsas heyət oyunçularının hamısı legioner həyatı yaşayır, heç biri Gürcüstan liqasında top qovmur. Qapıçıları Mamardaşvili “Valensiya”da, müdafiəçisi Kochorashvili “Levante”də, hücumçuları Miktuadzde “Mets”də, qəhrəmanları Kvaratskhelia isə “Napoli”də oynayır, ona Kvaradona da (Yeni Maradona) deyirlər.
AVRO-2024-də onlarla milyon dollarlıq ulduz ola-ola hazırda turnirin bombardiri 3 qolla Mikatuadzedir.
Və nəhayət…
Aşağıdakı şəkil 11 il öncə “Dinamo Tbilisi”nin uşaq futbol məktəbində çəkilib, kumirləri Ronaldo gürcü futbolçuları ziyarət edib.
Və şəkildəki uşaqlardan 8 nəfəri bu gün Ronaldonun kapitanlıq etdiyi Portuqaliyanı məğlub edərək Gürcüstan tarixinə düşdülər”.
Roman